Bakı. 24 aprel. REPORT.AZ/ "I Avropa Oyunları keçiriləcəyi günlərdə Bakı şəhərindəki bütün teatrlar işləyəcək". Bu barədə "Report"a
Onun sözlərinə görə, teatr mövsümü I Avropa Oyunları bitənədək davam edəcək. Şöbə müdiri bildirib ki, Avropa oyunları keçiriləcəyi müddətdə, bazar ertəsi istisna olmaqla hər gün teatrlarda tamaşalar nümayiş etdiriləcək.
V.Şıxəmmədov vurğulayıb ki, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı, Dövlət Musiqili Teatrı, GəncTamaşaçılar və Rus Dram Teatrlarında göstəriləcək tamaşalar rus və ingilis dillərində sinxron tərcümə ilə nümayiş olunacaq: "Oyunları izləmək üçün Bakıya gələn qonaqlar istədikləri tamaşaya baxmaq imkanı əldə edəcəklər. Onlar öz seçimləri əsasında teatra gələ bilərlər.
Keçiriləcək bütün tədbirlər, Azərbaycana gələn idmançıların və qonaqların buradan xoş təəssüratla ayrılması üçün nəzərdə tutulub".