"İstəklilər koalisiyası" Ukraynaya təxminən 1 500 hərbçi göndərəcək

Digər ölkələr
  • 17 oktyabr, 2026
  • 04:57
İstəklilər koalisiyası Ukraynaya təxminən 1 500 hərbçi göndərəcək

Böyük Britaniya, Polşa, Fransa və Almaniyanın azı 1 500 hərbi qulluqçusu "Könüllülər koalisiyası"nın noyabrda keçiriləcək ilk təlimlərində iştirak edəcək.

"Report"un xəbərinə görə, bu barədə "The Times" mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Polşada keçiriləcək manevrlər atəşkəsdən sonra Ukraynaya qoşun və texnikanın göndərilməsi üçün məşq olacaq.

"İstəklilər koalisiyası" Ukraynaya yardım göstərmək üçün əsasən Avropa ölkələrinin daxil olduğu 30-dan çox ölkənin qeyri-rəsmi ittifaqıdır. Koalisiya 2025-ci ilin yazında yaradılıb. Böyük Britaniya və Fransanın rəhbərlik etdiyi koalisiya, münaqişə bitdikdən sonra hərbi kontingentlərin yerləşdirilməsi də daxil olmaqla, Ukrayna üçün təhlükəsizlik zəmanətləri hazırlayır.

44 - Tezliklə