Azərbaycan tomat ixracından gəlirini 13 % artırıb

Biznes
  • 27 noyabr, 2026
  • 14:56
Azərbaycan tomat ixracından gəlirini 13 % artırıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 180,5 milyon ABŞ dolları dəyərində 149 min 128 ton tomat ixrac edib.

"Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bunlar ötən ilin müvafiq dövrü ilə müqayisədə dəyər baxımından 20,7 milyon ABŞ dolları (12,9 %), həcm baxımından isə 2 min 744 ton (1,9 %) çoxdur.

Hesabat dövründə tomat ixracından əldə edilən gəlir Azərbaycanın ixrac gəlirlərində 1,2 % paya malik olub.

10 ayda Azərbaycan xarici ölkələrlə 43 milyard 189 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 5,7 % çoxdur.

Xarici ticarət dövriyyəsinin 27 milyard 921 milyon ABŞ dolları ixracın, 15 milyard 268 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 29,05 % artıb, idxal isə 20,6 % azalıb.