Bakı.10 iyun. REPORT.AZ/ “Park Bulvar” ticarət və əyləncə mərkəzində Azərbaycan milli geyimlərinin sərgisi açılıb. "Report" xəbər verir ki, bu barədə məlumatı
Məlumatda qeyd olunub ki,
Layihənin məqsədi I Avropa Oyunları zamanı Azərbaycana gələcək turistlərdə milli geyimlər, adət-ənənələr və ölkənin mədəniyyəti haqqında əyani təsəvvür yaratmaqdan ibarətdir.
Açılışda çıxış edən Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şixəmmədov layihənin “Bakı 2015” I Avropa Oyunları ərəfəsində Azərbaycanın milli irsinin tanıdılmasına xidmət etdiyini deyib.
Tədbir milli rəqs nümunələrinin nümayişi ilə davam edib.
Qeyd edək ki, layihə çərçivəsində 20-dən artıq milli qadın, kişi və uşaq geyimləri, kəlağayılar, papaqlar, milli geyimlərin təsvir olunduğu 10-dan çox tablo nümayiş olunur. Sərgiyə giriş ödənişsizdir və hər bir ziyarətçi istədiyi milli geyimdən istifadə edərək fotoşəkil çəkdirə bilər.
Azərbaycan milli geyimlərinin həmçinin müxtəlif ictimai yerlərdə, hotellərdə, mədəniyyət ocaqlarında nümayiş etdirilməsi nəzərdə tutulub. Sərginin təşkil olunacağı məkanlarda geyimlər barədə ziyarətçilərə ətraflı məlumat veriləcək.
Sərgi 2 həftə davam edəcək.