Tramp: Ukrayna ilə bağlı saziş bütün Avropaya təsir edə bilər

Digər ölkələr
  • 06 noyabr, 2026
  • 02:29
Tramp: Ukrayna ilə bağlı saziş bütün Avropaya təsir edə bilər

ABŞ Prezidenti Donald Tramp Ukrayna üzrə bütün Avropanı əhatə edə biləcək sazişi anons edib.

"Report" xəbər verir ki, o bu barədə Ağ Evdə sənədlərin imzalanması mərasimində jurnalistlərə bildirib.

"Mən sizə deyirəm, saziş olacaq. Bu, böyük bir saziş olacaq və təkcə Ukraynaya təsir etməyəcək. Genişmiqyaslı olacaq. Mən hətta deyə bilərəm ki, bütün Avropaya təsir edə bilər. Bu, böyük, gözəl bir saziş olacaq və hamı heyran qalacaq", - o bildirib.

Bununla yanaşı, Amerika lideri Ukraynadakı müharibənin tezliklə başa çatacağını bəyan edib.

"Əgər Rusiya və Ukraynaya baxsanız, söhbət müharibədən gedir. Bu, müharibədir. Yeri gəlmişkən, biz kifayət qədər tezliklə onun başa çatmasına nail olacağıq", - o, Ağ Evdə jurnalistlərin mövzu ilə bağlı suallarını cavablandırıb.

Daha əvvəl "Rapporteur" nəşri yazıb ki, ABŞ və NATO cümə axşamı Ukrayna ilə ölkənin təhlükəsizlik zəmanətlərini müzakirə ediblər. Danışıqlara Böyük Britaniya, Fransa, Almaniya və Avropa Komissiyası da qatılıb.