Avropa Aralıq Musiqi Akademiyası Bakıda konsert verəcək

Avropa Aralıq Musiqi Akademiyası Bakıda konsert verəcək Akademiyanın üzvləri dahi bəstəkar Üzeyir bəy Hacıbəylinin 130 illik yubileyində iştirak etmək üçün Azərbaycana gələcəklər
İncəsənət
19 Avqust , 2015 11:34
Avropa Aralıq Musiqi Akademiyası Bakıda konsert verəcək

Bakı. 19 avqust. REPORT.AZ/ Avropa Aralıq Musiqi Akademiyası Bakıda xeyriyyə konserti verəcək və usdad dərsləri keçəcək. 

Bu barədə "Report"a Vasili Safonov adına Rusiya Akademik Dövlət Filarmoniyasının baş dirijoru Əyyub Quliyev məlumat verib. 

O qeyd edib ki, dahi bəstəkar Üzeyir bəy Hacıbəylinin 130 illik yubileyi münasibətilə sentyabrın 18-dən 28-dək Bakıda Beynəlxalq Musiqi Festivalı keçiriləcək. Yubiley çərçivəsində sentyabrın 22-də Azərbaycan Dövlət Filarmoniyasında konsert olacaq. Konsertdə Ə.Quliyevin rəhbərliyi ilə simfonik əsərlər ifa ediləcək. Onun sözlərinə görə, Avropa Aralıq Musiqi Akademiyası yubiley tədbirində iştirak etmək üçün Azərbaycana səfər edəcək. Səfər Mədəniyyət və Turizm Nazirliyinin və Heydər Əliyev Fondunun təşəbbüsü və təşkilatçılığı ilə baş tutacaq. 

Ə.Quliyevin sözlərinə görə, İtaliya, İspaniya və Suriyadan olan 3 musiqiçi Bakıya gələcək: "Onlar həmin akademiyanın üzvləridir. Hər üç solist Dövlət Filarmoniyanın səhnəsində Üzeyir bəyin və Azərbaycanın digər bəstəkarlarının klassik musiqi əsərlərini səsləndirəcəklər.". 

Avropa Aralıq Musiqi Akademiyası münaqişə zonalarda, müharibə gedən regionlarda yaşayan istedadlı musiqiçilərə təmənnasız olaraq ustad dərsləri keçir və onların musiqi fəaliyyətlərinə yaxından kömək edir. 

Son xəbərlər

Orphus sistemi