Smartfonları sürətlə dolduran yeni texnologiya təqdim olunub
İKT
- 28 iyul, 2020
- 09:45
“Qualcomm” şirkətinin təqdim etdiyi “Quick Charge 5” sürətli doldurma texnologiyası vasitəsilə smartfon cihazı 5 dəqiqə ərzində 50 faiz həcmində doldurulur.
“Report” “The Verge”ə istinadən xəbər verir ki, smartfon batareyasını tam doldurmağa 15 dəqiqə vaxt sərf edən yeni texnologiya 100 Vt-dan artıq güc təmin edərək mövcud “Quick Charge 4” texnologiyasına nisbətən 70 faiz daha səmərəli, dördqat sürətlidir.
Həmçinin “Quick Charge 5” texnologiyasının tətbiqi üçün USB Power Delivery Programmable Power Supply (PD – PPS) standartını dəstəkləyən hər bir adaptorun yararlı olduğu da qeyd olunur.
Yeni texnologiyanı dəstəkləyən smartfonların artıq bu ilin üçüncü rübündən satışa çıxarılacağı güman edilir.
Son xəbərlər
10:19
İrandan Azərbaycana indiyədək 3 297 şəxs təxliyə olunub
Daxili siyasət09:55
Cənubi Koreya Hörmüz boğazındakı vəziyyətdən narahatdır
Digər ölkələr09:41
Yeniyetmə cüdoçular arasında Avropa Kuboku bu gün başa çatacaq
Komanda09:13
Premyer Liqa: Bu gün turnir cədvəlində qonşu komandalar üz-üzə gələcək
Futbol08:51
Tramp İranda vurulan F-15E təyyarəsinin ikinci pilotunun xilas edilməsini təsdiqləyib
Digər ölkələr08:45
"Axios": ABŞ hərbçiləri İranda vurulan F-15 təyyarəsinin ikinci pilotunu xilas edib
Digər ölkələr08:31
KİV: Çin şirkətləri ABŞ Ordusunu hərəkətləri haqqında məlumatları satır
Digər ölkələr08:12
İsrail Ordusu İrandan yeni raket atışı barədə məlumat yayıb
Digər ölkələr07:34