Bakıda Cənubi Koreya təcrübəsi ilə “Ağıllı şəhər” həlləri tətbiq olunacaq

Bakıda Cənubi Koreya təcrübəsi ilə “Ağıllı şəhər” həlləri tətbiq olunacaq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “AzInTelecom” MMC ilə Cənubi Koreyanın GEOMEX şirkəti və Məkan Məlumat Sənayesinin Təşviqi Agentliyi arasında anlaşma memorandumu imzalanıb.
İKT
15 Fevral , 2022 16:23
Bakıda Cənubi Koreya təcrübəsi ilə “Ağıllı şəhər” həlləri tətbiq olunacaq

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “AzInTelecom” MMC ilə Cənubi Koreyanın GEOMEX şirkəti və Məkan Məlumat Sənayesinin Təşviqi Agentliyi arasında anlaşma memorandumu imzalanıb.

"Report" bu barədə nazirliyə istinadən xəbər verir.

Memoranduma əsasən, “K-City Network 2020” proqramının “Ağıllı şəhər” (Smart City) layihəsi çərçivəsində Bakı şəhərinin Baş planı hazırlanır. Bu layihə ilə Bakı şəhərində Koreya tipli “ağıllı şəhər” həllərinin tətbiqi planlaşdırılır.

“K-City Network 2020” Koreya tipli “Ağıllı şəhər” layihəsinin müəyyən edilməsi və inkişafı üçün kompleks şəkildə dəstək təklif edən qlobal əməkdaşlıq proqramıdır. 2020-ci ildə Cənubi Koreya “Ağıllı şəhər” layihələri üzrə G2G (Government-to-Government) əməkdaşlığını inkişaf etdirmək məqsədilə “K-City Network” proqramını həyata keçirməyə başlayıb.

Son xəbərlər

Orphus sistemi