KTN-nin Baş Dövlət Texniki Nəzarət Xidmətinə 19 ədəd xidməti maşın ayrılıb

KTN-nin Baş Dövlət Texniki Nəzarət Xidmətinə 19 ədəd xidməti maşın ayrılıb Bakı. 22 avqust. REPORT.AZ/ Nazirlər Kabinetinin Mərkəzi icra hakimiyyəti və məhkəmə orqanlarının aparatları, mərkəzi icra hakimiyyəti orqanlarının yerli bölmələri, onların yanında, tabeliyində olan orqanlar, mərkəzi icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentliklərinin, dövlət xidmətlərinin aparatları və onların yerli bölmələri üçün xidməti minik avtomobillərinin say həddi” qərarına dəyişiklik edilib.
İnfrastruktur
22 Avqust , 2018 01:02
KTN-nin Baş Dövlət Texniki Nəzarət Xidmətinə 19 ədəd xidməti maşın ayrılıb

Bakı. 22 avqust. REPORT.AZ/ Nazirlər Kabinetinin "Mərkəzi icra hakimiyyəti və məhkəmə orqanlarının aparatları, mərkəzi icra hakimiyyəti orqanlarının yerli bölmələri, onların yanında, tabeliyində olan orqanlar, mərkəzi icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentliklərinin, dövlət xidmətlərinin aparatları və onların yerli bölmələri üçün xidməti minik avtomobillərinin say həddi” qərarına dəyişiklik edilib.

“Report” xəbər verir ki, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.

Dəyişikliyə görə, Kənd Təsərrüfatı Nazirliyinin (KTN) balansından 2 ədəd xidməti minik avtomobili çıxarılıb. Əvəzində KTN yanında Baş Dövlət Texniki Nəzarət Xidmətinə 19 ədəd xidməti minik avtomobili ayrılıb. Onların 2-sinin aparat üzrə, 17-sinin isə ərazi və yerli bölmələr üzrə istismarı nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi