"Azərpoçt" ötən il 10 milyona yaxın məktubu ünvanına çatdırıb

"Azərpoçt" ötən il 10 milyona yaxın məktubu ünvanına çatdırıb Bakı. 30 yanvar. REPORT.AZ/ Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Azərpoçt” MMC ötən il 9 966 071 ədəd məktubu ünvanına çatdırıb.
İKT
30 Yanvar , 2019 15:51
Azərpoçt ötən il 10 milyona yaxın məktubu ünvanına çatdırıb

Bakı. 30 yanvar. REPORT.AZ/ Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Azərpoçt” MMC ötən il 9 966 071 ədəd məktubu ünvanına çatdırıb.

"Report" şirkətə istinadən xəbər verir ki, bunlardan 1 816 196 ədədi sadə, 8 149 875 ədədi isə sifarişli olub. 

Son 1 ildə ünvanına çatdırılan məktubların sayı 1,6% və yaxud 156 693 ədəd artıb. 

Ötən il "Azərpoçt" beynəlxalq əlaqələrini bir qədər də genişləndirib. Honkonq şirkəti ilə bağlanmış müqavilə əsasında adı çəkilən ölkədən 365 392 kq, yəni 349 610-u sifarişli və 3 903 303-ü sadə kiçik paket olmaqla 4 252 913 ədəd poçt həcmi gətirilərək tranzit mərkəzdə emal edilib. Buradan isə dünyanın 16 ölkəsinə – ABŞ, Almaniya, Avstriya, Belarus, BƏƏ, Böyük Britaniya, Çexiya, Fransa, İran, İsrail, İtaliya, Qazaxıstan, Lüksemburq, Rusiya Federasiyası, Türkiyə və Ukraynaya göndərilib.

Son xəbərlər

Orphus sistemi