Azərbaycan Ordusunun Laçında yaralanan əsgəri həlak olub

Azərbaycan Ordusunun Laçında yaralanan əsgəri həlak olub Avqustun 5-i Laçın rayonunda qaya parçasının düşməsi nəticəsində ağır xəsarət almış əsgər Əliyev Tahir Çingiz oğlunun vəfat edib.
Hərbi
5 Avqust , 2022 15:37
Azərbaycan Ordusunun Laçında yaralanan əsgəri həlak olub

Avqustun 5-də Laçın rayonunda qaya parçasının düşməsi nəticəsində ağır xəsarət almış əsgər Əliyev Tahir Çingiz oğlu vəfat edib.

"Report"un əldə etdiyi məlumata görə, həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Müdafiə Nazirliyi “Report”a faktı təsdiqləyib.

Qeyd edək ki, avqustun 5-də Laçın rayonunda çətin relyefli ərazidə xidməti döyüş tapşırığını yerinə yetirərkən sıldırım qayalıqlardan qopan qaya parçası Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları əsgər Samir Səməd oğlu Xudiyev və əsgər Əliyev Tahir Çingiz oğlunun üzərinə düşüb. Nəticədə əsgər Samir Xudiyev aldığı bədən xəsarətlərindən hadisə yerində vəfat edib.

Əsgər Tahir Əliyev müxtəlif bədən xəsarətləri almışdı.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Allah rəhmət etsin!

Son xəbərlər

Orphus sistemi