Kərim Vəliyev Qətərdə Beynəlxalq Dəniz Müdafiə sərgisində iştirak edir
Hərbi
- 19 yanvar, 2026
- 13:46
Azərbaycanın müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Beynəlxalq Dəniz Müdafiə sərgisi və konfransında iştirak edir.
Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib.
K.Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Qətər Silahlı Qüvvələrinin təşkil etdiyi 9-cu Doha Beynəlxalq Dəniz Müdafiə sərgisi və konfransında ("DIMDEX 2026") iştirak etmək məqsədilə bu ölkəyə səfər edib.
Dəniz təhlükəsizliyi və müdafiə sahəsində beynəlxalq təcrübə mübadiləsi üçün mühüm platforma hesab olunan "DIMDEX 2026" sərgisinin rəsmi açılış mərasimindən sonra general-polkovnik K.Vəliyev və digər ölkələrdən olan rəsmi nümayəndə heyətləri sərgi pavilyonlarında yerləşən stendlərə baxış keçiriblər.
Son xəbərlər
05:59
Yardımlıda elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq
Energetika05:33
Qrossi Misirdə atom energetikasının rolunu qabardıb
Digər ölkələr05:05
Ali Məclisin növbəti iclasının gündəliyi açıqlanıb
Daxili siyasət04:54
Tramp: Təyyarəqayırma sənayesi müdafiə ehtiyaclarının təminatında çətinlik çəkir
Digər ölkələr04:29
Venesuelada zəlzələ qurbanlarının sayı artıb
Digər ölkələr04:01
Çindəki zooparkda 100-dən çox heyvanı sel aparıb
Digər ölkələr03:36
SEPAH: Xameneinin dəfn olunduğu Məşhəddə terror aktı törədilib
Region03:09
Barak Ravid: ABŞ ilə İran arasında danışıqlar davam etdirilir
Digər ölkələr02:43