"Xalqlar Dostluğu" metrostansiyasında qatarların hərəkətində problem yaranıb

"Xalqlar Dostluğu" metrostansiyasında qatarların hərəkətində problem yaranıb Metronun Xalqlar Dostluğu stansiyasında qatarların hərəkətində problem yaranıb. Report xəbər verir ki, bu səhər saat 8 radələrində Həzi Aslanov- İçəri Şəhər İstiqamətində hərəkət edən qatarda texniki nasazlıq yaranıb. Faktı Reporta təsdiq edən Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib ki, hazırda hərəkət bərpa edilib:
Hadisə
18 İyun , 2019 08:58
Xalqlar Dostluğu metrostansiyasında qatarların hərəkətində problem yaranıb

Metronun "Xalqlar Dostluğu" stansiyasında qatarların hərəkətində problem yaranıb. "Report" xəbər verir ki, bu səhər saat 8 radələrində "Həzi Aslanov"- "İçəri Şəhər" İstiqamətində hərəkət edən qatarda texniki nasazlıq yaranıb. Faktı "Report"a təsdiq edən "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib ki, hazırda hərəkət bərpa edilib:

"Qatarda baş verən texniki nasazlıq nəticəsində təxminən 8 dəqiqəlik fasilə yaranıb. İki qatar arasında olan intervalı da nəzərə alsaq bu 12-14 dəqiqəlik fasilə deməkdir. Texniki nasazlıq baş verən qatar stansiyada sərnişinləri boşaldıb və depoya yola salınıb. Onun yerinı isə xəttə əlavə qatar verilib. Hazırda qatarların hərəkəti bərpa edilib. Amma qrafikin tam normaya düşməsi üçün müəyyən qədər vaxt lazımdır".

Son xəbərlər

Orphus sistemi