“Yalama Aqropark”dakı yanğın məhdudlaşdırılıb, soyutma işləri aparılır - YENİLƏNİB

“Yalama Aqropark”dakı yanğın məhdudlaşdırılıb, soyutma işləri aparılır - YENİLƏNİB Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Xaçmaz rayonunun Yalama kəndində ot bağlamalarının yanması barədə ilkin məlumat daxil olub.
Hadisə
16 Noyabr , 2023 17:38
“Yalama Aqropark”dakı yanğın məhdudlaşdırılıb, soyutma işləri aparılır - YENİLƏNİB

“Yalama Aqropark”da baş verən yanğın məhdudlaşdırılıb.

"Report"un Şimal bürosunun məlumatına görə, yanğın baş verən ərazidə soyutma işləri görülür. Alovun heyvandarlıq fermasının digər bölmələrinə keçməsinin qarşısı alınıb.

Yanğın zamanı anbara tədarük edilən ot bağlamaları yanıb.

Yanğınsöndürmə işlərinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Qeyd edək ki, “Yalama Aqropark” ölkə üzrə ən iri heyvandarlıq təsərrüfatlarından biridir.

16:59

Xaçmaz rayonunun Yalama qəsəbəsində yerləşən “Yalama Aqropark”da yanğın baş verib.

“Report”un Şimal bürosunun məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

Son xəbərlər

Orphus sistemi