Tərtərdə doğuşdan sonra qadının ölümünün səbəbləri araşdırılır - YENİLƏNİB

Hadisə
  • 13 mart, 2026
  • 13:00
Tərtərdə doğuşdan sonra qadının ölümünün səbəbləri araşdırılır - YENİLƏNİB

Tərtərdə doğuşdan sonra qadının ölümünün səbəbləri araşdırılır.

Bu barədə "Report"un sorğusuna cavab olaraq Tərtər Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.

Bildirilib ki, 2007-ci il təvəllüdlü pasiyent martın 12-də saat 17:00 radələrində xəstəxananın doğum şöbəsinə 39-40 həftəlik hamiləlik, baş gəlişi, doğuşun I dövrü diaqnozu ilə daxil olub.

Aparılan tibbi müşahidə və nəzarət fonunda saat 18:30 radələrində fizioloji doğuş baş verib.

Doğuşdan sonrakı dövrdə zahı qadının ümumi vəziyyətində kəskin pisləşmə qeydə alınıb. Pasiyentə dərhal mövcud klinik vəziyyətə uyğun olaraq reanimasiya və intensiv terapiya tədbirləri həyata keçirilib.

Görülən bütün zəruri tibbi müdaxilələrə baxmayaraq, saat 21:50 radələrində onun bioloji faktı qeydə alınıb.

Meyit təşrih olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Tərtər rayon şöbəsinə təhvil verilib.

Hadisənin səbəblərinin dəqiqləşdirilməsi məqsədilə müvafiq araşdırma aparılır.

Ölümün bilavasitə səbəbinin dəqiq müəyyənləşdirilməsi patoloji-anatomik müayinə (təşrih) nəticəsində məlum olacaq.

Qeyd edək ki, yenidoğulmuşun vəziyyəti qənəatbəxş olaraq qiymətləndirilir.

Sevil Seymur

Tərtərdə qadın doğuş zamanı ölüb.

"Report"un Qarabağ bürosu xəbər verir ki, martın 12-də saat 23 radələrində Hacıqərvənd kənd sakini 2007-ci il təvəllüdlü Röya Zahid qızı Allahverdiyeva Rayon Mərkəzi Xəstəxanasında doğuş edərkən ölüb.

Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.