Şamaxıda yenidən zəlzələ olub - YENİLƏNİB-3

Hadisə
  • 28 fevral, 2026
  • 09:14
Şamaxıda yenidən zəlzələ olub - YENİLƏNİB-3

Şamaxıda yenidən zəlzələ olub.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Məlumata əsasən, təkanlar yerli vaxtla saat 08.31-də Pirqulu stansiyasından 23 km cənub-qərbdə qeydə alınıb.

Yerin 13 km dərinliyində yerləşən zəlzələ ocağının maqnitudası 3 olub və təkanlar hiss olunmayıb.

Pirqulu stansiyasından 23 km cənub-qərbdə Şamaxı rayonunda zəlzələ qeydə alınıb.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Bildirilib ki, maqnitudası 3,8 olan yeraltı təkanlar yerli vaxtla saat 06:34-də qeydə alınıb.

Zəlzələlərin Tədqiqatı Bürosunun məlumatına əsasən, zəlzələ ocağının dərinliyi 13 kilometr olub və episentrdə, episentrə yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.

Bununla da Şamaxıda iki gün ərzində baş verən yeraltı təkanların sayı 7-yə çatıb.

Şamaxı rayonu ərazisində iki gün ərzində altıncı dəfə zəlzələ qeydə alınıb.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Bildirilib ki, maqnitudası 3,6 olan iki zəlzələ yerli vaxtla saat 02:01 və 03:38-də qeydə alınıb.

Zəlzələlərin Tədqiqatı Bürosunun məlumatına əsasən, hər iki yeraltı təkanlar Pirqulu stansiyasından 23 km cənub-qərbdə baş verən zəlzələ episentrdə və episentrə yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.

Fevralın 28-də Şamaxı rayonunda növbəti yeraltı təkanlar olub.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Bildirilib ki, maqnitudası 3 olan zəlzələ yerli vaxtla saat 00:36-da qeydə alınıb.

Zəlzələlərin Tədqiqatı Bürosunun məlumatına əsasən, zəlzələ ocağının dərinliyi 8 kilometr olub və hiss edilməyib.

Qeyd edək ki, ötən gün Şamaxı rayonunda üç dəfə zəlzələ olub.

Son xəbərlər

Bütün Xəbər Lenti