Salyanda minik avtomobili yük maşınına çırpılıb, xəsarət alanlar var
Hadisə
- 17 noyabr, 2025
- 08:43
Salyan rayonu ərazisində ağır yol qəzası baş verib.
"Report"un Aran bürosunun məlumatına görə, hadisə yeni Ələt-Astara magistral yolunda rayonun Çuxanlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, "KİA" markalı minik avtomobili qarşıda gedən "KaMAZ" markalı yük maşınına çırpılıb.
Qəza nəticəsində Şirvan şəhər sakinləri - 1967-ci il təvəllüdlü Nuriyeva Gülmira Nuhu qızı, 1993-cü il təvəllüdlü Nuriyev Aqil Abdul oğlu və Bakı şəhər sakini, 2013-cü il təvəllüdlü Əmrahzadə Şəmistan İntiqam oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Onlar Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. İlk tibbi yardımdan sonra Ş. Əmrahzadə Bakıdakı xəstəxanalardan birinə göndərilib. Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
14:39
Azərbaycan əhalisi yanvarda 303 milyon manatlıq yanacaq alıb
Energetika14:38
İki komandaya texniki məğlubiyyət verilib
Futbol14:38
Pakistan Özbəkistan, Tacikistan və İrana yeni səfirlər təyin edib
Digər ölkələr14:37
Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 4 %-ə yaxın artıb
Maliyyə14:34
AFFA hakimləri təhqir edən məşqçini 5 oyunluq cəzalandırıb
Futbol14:33
Azərbaycan iqtisadiyyatı 2 %-ə yaxın böyüyüb
Maliyyə14:32
BFB IMF-lə maliyyə dərinləşməsinin artırılmasını müzakirə edib
Maliyyə14:20
ABŞ klubuna keçən Nəriman Axundzadə "Qarabağ"a təşəkkür edib
Futbol14:20
Foto