Salyanda ağır yol qəzası: 1 nəfər ölüb, 6 nəfər yaralanıb

Hadisə
  • 06 avqust, 2023
  • 08:41
Salyanda ağır yol qəzası: 1 nəfər ölüb, 6 nəfər yaralanıb

Salyan rayonunda 1 nəfərin ölümü, 6 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol qəzası baş verib.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə Ələt-Astara magistral yolunun rayonun Yenikənd kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Hyundai” markalı avtomobil minik maşını ilə toqquşub. Qəza nəticəsində Bakı şəhər sakini 2009-cu il təvəllüdlü Qasımov Süleyman Ayaz oğlu ölüb.

2018-ci il təvəllüdlü Həsənli Ağakərim Təbriz oğlu, 2014-cü il təvəllüdlü Həsənli İsmayıl Təbriz oğlu, 1960-cı il təvəllüdlü Həsənova Nəzakət Xeyrulla qızı, 2012-ci il təvəllüdlü Qasımova Cığatel Ayaz qızı, 2022-ci il təvəllüdlü Həsənli Zəhra Təbriz qızı, 1996-cı il təvəllüdlü Həsənova Fatma Ceyhun qızı isə müxtəlif dərəcəli xəsarətlər alıblar.

Onlar Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.