Qəbələdə tanışını qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır

Qəbələdə tanışını qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır Qəbələdə tanışını qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır.
Hadisə
288
27 Yanvar , 2022 12:20
Qəbələdə tanışını qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır

Qəbələdə tanışını qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır.

Bu barədə "Report"a rayon prokurorluğundan məlumat verilib.

Bildirilib ki, 2021-ci il oktyabrın 9-da rayonun Tikanlı kənd sakini 1987-ci il təvəllüdlü Sənur Ağahüseynovun yaşadığı kəndin yaxınlığında qəsdən öldürülməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanan cinayət işinin ibtidai istintaqı tamamlanıb.

İstintaqla zərərçəkmişin tanışı, Qəbələ rayonunun Uludaş kənd sakini, 2003-cü il təvəllüdlü Kənan Mustafayevin əvvəllər şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə ilə əlaqədar qisas almaq məqsədilə Sənur Ağahüseynovla görüşərək özü ilə gətirdiyi bıçaqla sonuncunun bədəninin müxtəlif nahiyələrinə çoxsaylı xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanan kifayət qədər sübutlar əsasında Kənan Mustafayevə Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib və barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Son xəbərlər

Orphus sistemi