Qazaxda ölüm və xəsarətlə nəticələnən avtomobil qəzası olub - YENİLƏNİB

Hadisə
  • 30 iyun, 2023
  • 17:59
Qazaxda ölüm və xəsarətlə nəticələnən avtomobil qəzası olub - YENİLƏNİB

Qazax rayonunda avtomobil qəzası nəticəsində dünyasını dəyişənin şəxsiyyəti məlum olub.

"Report"un Qərb bürosunun məlumatına görə, "Ford" və "Nissan" markalı avtomobillərin toqquşması nəticəsində Bakı şəhər sakini, 1978-ci il təvəllüdlü Nəzərov Elnur Malik oğlu aldığı xəsarətlərdən həyatını itirib.

Xatırladaq ki, avtoqəzada daha bir neçə nəfər isə müxtəlif bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

21:32

Qazax-Çaylı avtomobil yolunda ağır yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb bürosunun məlumatına görə, avtomobil qəzası nəticəsində 1 nəfərin öldüyü, daha bir neçə nəfərin isə xəsarət aldığı bildirilir.

Yaralılar xəstəxanaya yerləşdirilib, onların şəxsiyyətləri dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

44 filmi