Özbəkistana məxsus təyyarə Bakıya təcili eniş edib
Hadisə
- 02 avqust, 2024
- 17:26
İstanbul-Səmərqənd reysini həyata keçirən “Uzbekistan Airways” aviaşirkətinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportunda məcburi eniş sorğusu göndərib. Buna səbəb sərnişinlərdən birinin səhhətinin kəskin şəkildə pisləşməsi olub.
Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən "Report"a bildirilib ki, hava limanının bütün xidmətləri vəziyyətə operativ reaksiya göstərmək məqsədilə tam hazırlıq vəziyyətinə gətirilib.
“Airbus A320” təyyarəsi yerli vaxtla saat 18:45-də Bakı hava limanına uğurla eniş edib. Sərnişinə dərhal ilkin tibbi yardım göstərilib. Səhhəti yaxşılaşdıqdan sonra özünün razılığı ilə sərnişin təyinat məntəqəsinə doğru yoluna davam edib.
Təyyarə yerli vaxtla saat 21:07-də Bakıdan Səmərqəndə yola düşüb.
Son xəbərlər
14:03
Hazırda Ahıllar Evində 214 ahıl şəxsə sosial xidmət göstərilir
Digər13:55
Əziz Səncər "Şöhrət" ordeni ilə təltif edilib
Daxili siyasət13:54
Dmitro Şlapaçenko: Azərbaycan BMT-nin gündəliyini müxtəlif istiqamətlərdə fəal şəkildə təşviq edir - MÜSAHİBƏ
Xarici siyasət13:53
İpoteka və Kredit Zəmanət Fondunun sədri dəyişib - SƏRƏNCAM
Maliyyə13:50
Ukrayna Rusiyanın regionlarındakı neft emalı müəssisələrinə zərbələr endirib
Digər ölkələr13:47
Foto
Rəşad Nəbiyev Bərdədə vətəndaşları qəbul edib
İKT13:42
Kabardin-Balkarda qar uçqunu nəticəsində ölənlərin sayı 11-ə çatıb - YENİLƏNİB
Region13:38
Cavid Abdullayev: "Azərbaycan "təmiz enerji" üzrə haba çevrilməyə çalışır"
Energetika13:36