​Rusiyada 23 yaşlı qızı qətlə yetirən azərbaycanlı 15 il müddətinə azadlıqdan məhrum edilib

​Rusiyada 23 yaşlı qızı qətlə yetirən azərbaycanlı 15 il müddətinə azadlıqdan məhrum edilib Hakim qəsdən adam öldürmədə ittiham olunan soydaşımızın günahını tam olaraq təsdiq edib
Hadisə
21 Dekabr , 2014 16:44
​Rusiyada 23 yaşlı qızı qətlə yetirən azərbaycanlı 15 il müddətinə azadlıqdan məhrum edilib

Bakı. 21 dekabr. REPORT.AZ/ Rusiyanın Xantı-Mansiysk Muxtar Dairə məhkəməsi cari ilin mayında günorta saatlarında insanların gözü qarşısında 23 yaşlı Yuliya Pıxteyevanı qətlə yetirən 19 yaşlı azərbaycanlı Maarif Məmmədov barəsində yeni ittiham hökmü çıxarıb.

"Report" xəbər verir ki, həmyerlimiz məhkəmənin hökmü ilə cəzasını ciddi rejimli islah-əmək müəssisəsində çəkmək şərti ilə 15 il 4 ay müddətinə azadlıqdan məhrum edilib.

Hakim Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsi (Qəsdən adam öldürmə) üzrə ittiham olunan soydaşımızın günahını tam olaraq təsdiq edib.

Məhkəmənin materiallarına görə, M.Məmmədov Yuliyanı dəfələrlə öldürməklə hədələyib və onu döyüb. May ayının 14-də isə anasının gözü önündə qızın baş, boyun və bədən nahiyələrinə beş bıçaq zərbəsi vuraraq onu qətlə yetirib.

Son xəbərlər

Orphus sistemi