Göygöldə minik və yük avtomobilləri toqquşub, ölən, xəsarət alan var

Hadisə
  • 05 sentyabr, 2022
  • 18:22
Göygöldə minik və yük avtomobilləri toqquşub, ölən, xəsarət alan var

Gəncə-Daşkəsən avtomobil yolunun Göygöl rayon ərazisindən keçən hissəsində qeydə alınan avtomobil qəzasında ölən və xəsarət alanın şəxsiyyətləri məlum olub.

"Report"un Qərb bürosunun məlumatına görə, "VAZ-2107" və "QAZ-53" markalı avtomobillərin toqquşması nəticəsində xəsarət alanlardan biri, "VAZ-2107" markalı avtomobilin sürücüsü - 1998-ci il təvəllüdlü Ruslan Nəsibov dünyasını dəyişib.

Digər yaralı - 1996-cı il təvəllüdlü Sərxan Əhmədovun müalicəsi davam edir.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

20:30

Göygöl rayonunda yol qəzası baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Gəncə-Daşkəsən avtomobil yolunun Göygöl rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "VAZ-2107" markalı minik avtomobili ilə kiçik tutumlu yük avtomobili toqquşub, xəsarət alanlar olduğu bildirilir. Yaralılar xəstəxanaya yerləşdirilib. Onların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

44 - Tezliklə