Azərbaycanın U-15 millisi UEFA İnkişaf Turnirində iştirak edəcək
Futbol
- 19 oktyabr, 2026
- 15:30
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
15 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Maltada keçiriləcək UEFA İnkişaf Turnirində iştirak edəcək.
"Report" xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.
Bakıda təlim-məşq toplanışını başa vuran komanda oktyabrın 19-27-si aralığında üç oyuna çıxacaq.
U-15 ilk oyununu oktyabrın 21-də Latviya yığmasına qarşı keçirəcək. Bakı vaxtı ilə saat 12:00-da başlayacaq görüş "Sentineri" stadionunda təşkil olunacaq.
Komanda oktyabrın 23-də, saat 15:30-da Malta, 26-da isə eyni saatda Litva yığması ilə qarşılaşacaq. Hər üç oyun "Sentineri" stadionunda keçiriləcək.
Turnirdə iştirak edəcək millinin heyəti:
| Nr. | Adı / Soyadı | Klub |
| 1 | Sirac Quluzadə | Qarabağ FK |
| 2 | Qabil Həzizadə | Sumqayıt FK |
| 3 | Rəvan Rüstəmov | Sabah FK |
| 4 | Ayxan Əliyev | Sabah FK |
| 5 | Zeyd Çodarov | Qarabağ FK |
| 6 | Sənan Zeynallı | Qarabağ FK |
| 7 | Rasim Əliyev | Ulduz FA |
| 8 | Amal Şıxkərimzadə | Sabah FK |
| 9 | Kənan Səfiyev | Ulduz FA |
| 10 | Kamil Bədirxanlı | Qarabağ FK |
| 11 | Muhəmməd Hümbətzadə | Ulduz FA |
| 12 | Ayxan Rüstəmli | Ulduz FA |
| 13 | Hüseyn Novruzlu | EFA |
| 14 | Nihat Bəylərli | Ulduz FA |
| 15 | Zəfər İbrahim | Qarabağ FK |
| 16 | Cəbrayıl Əkbərov | Ulduz FA |
| 17 | Cavid Allahverdi | Qəbələ İK |
| 18 | İmran Seyidbalayev | Sumqayıt FK |
| 19 | Yusif Ağayev | Sabah FK |
| 20 | Onur Əmirzadə | Neftçi PFK |
Son xəbərlər
00:19
Britaniyanın "BAE Systems" müdafiə şirkəti mindən çox iş yerini ixtisar edəcək
Digər ölkələr
23:55
MEE: İndoneziya Məkkə sazişinə qoşulmaq imkanlarını araşdırır
Digər ölkələr
23:40
Azərbaycan-Türkiyə müttəfiqlik münasibətlərinin cari gündəliyi müzakirə olunub - Yenilənib
Xarici siyasət
23:34
Macarıstan Xorvatiya vasitəsilə neft tədarükünə dair danışıqlara başlayıb
Digər ölkələr
23:03
Fidan Əl Nəhyanla Fars körfəzindəki son vəziyyəti müzakirə edib
Region
22:48
FIBA Avropa Kuboku: "Neftçi" Latviya klubu ilə matçda məğlubiyyətlə üzləşib
Komanda
22:48
Hondurasda silahlı hücumlar nəticəsində azı 12 nəfər həlak olub
Digər ölkələr
22:42
Foto
Fərid Qayıbov "Eurosport" rəsmiləri ilə əməkdaşlıq məsələlərini müzakirə edib
Fərdi
22:27
ABŞ və Venesuela hərbi əməkdaşlıq haqqında saziş imzalayıb - Yenilənib
Digər ölkələr