Goranboy rayonunda 3 nəfər dəm qazından zəhərlənib.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Qarasüleymanlı qəsəbəsində qeydə alınıb.
Belə ki, Türkiyə vətəndaşları - 1967-ci il təvəllüdlü Cavid Özoğul və 1971-ci il təvəllüdlü Mustafa Zəngin dəm qazından zəhərlənərək ölüblər. Onların rayona qonaq gəldiyi bildirilir.
Hadisə zamanı həmçinin 1981-ci il təvəllüdlü Nüsrət Yolçuyev də dəm qazından zəhərlənib. O, xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır.
Faktla bağlı araşdırmalara başlanılıb.
Goranboyda 3 nəfər dəm qazından zəhərlənib.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Qarasüleymanlı qəsəbəsində qeydə alınıb.
Belə ki, üç nəfər dəm qazından zəhərlənib, onlardan biri hadisə yerində, digəri xəstəxanaya aparılan zaman yolda ölüb. Dəm qazından zəhərlənən daha bir nəfər isə xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti ağırdır.
Ölənlər arasında Türkiyə vətəndaşı da var.
Faktla bağlı araşdırmalara başlanılıb.