Bakıda 48 yaşlı qadının meyiti aşkarlanıb

Hadisə
  • 06 iyun, 2022
  • 10:52
Bakıda 48 yaşlı qadının meyiti aşkarlanıb

Bakıda mənzildə 48 yaşlı qadının meyiti aşkarlanıb.

Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Belə ki, nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1974-cü il təvəllüdlü Əliyeva Səbinə Hüseyn qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.