Azərbaycan-Türkiyə sərhədində yük maşınlarının sıxlığının yaranma səbəbi məlum olub
Hadisə
- 25 noyabr, 2024
- 11:52
Azərbaycan-Türkiyə dövlət sərhədində yük nəqliyyat vasitələrinin sıxlığının yaranma səbəbi açıqlanıb.
Dövlət Gömrük Komitəsi (DGK) Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən "Report"un yerli bürosunun sorğusuna cavab olaraq bildirilib ki, son günlər Azərbaycan-Türkiyə dövlət sərhədində qonşu ölkəyə gedən yük nəqliyyat vasitələrinin sıxlığı yaranıb.
Daxil olan məlumata əsasən, DGK bildirir ki, qeyd olunan sıxlığın səbəbi Türkiyənin “Dilucu” sərhəd-keçid məntəqəsində Yeni Kompüterləşdirilmiş Tranzit Sisteminin (NCTS) proqram təminatının yeni mərhələsinin tətbiq edilməsidir.
Hazırda “Sədərək” gömrük postu gücləndirilmiş iş rejimində fəaliyyət göstərir və yaxın günlərdə nəqliyyat vasitələrinin sürətli keçidi tam təmin olunacaq.
Son xəbərlər
19:14
Qusarda yol qəzası baş verib, 4 nəfər xəsarət alıb
Digər19:05
Aİ Yunanıstanın təkliflərini geri göndərib
Digər ölkələr18:55
IATA: "Apple" "iPhone" üzlüyündən aviaşirkətin bir sərnişindən qazandığından daha çox gəlir əldə edir
Maliyyə18:54
Rusiyada qəzaya uğrayan təyyarədəki bütün heyət üzvləri həlak olub - YENİLƏNİB-3
Digər ölkələr18:50
Premyer Liqanın XIV turunda "Araz-Naxçıvan" "Kəpəz"i məğlub edib
Futbol18:48
"Hitrou" aeroportundakı insidentdə şübhəli bilinən iki nəfərə qarşı ittiham irəli sürülüb
Digər ölkələr18:39
Foto
"PAŞA Holding"in təşkilatçılığı ilə "Business Talks by PASHA Holding" platformasının ikinci tədbiri baş tutub
Maliyyə18:31
Taleh Kazımov: "2026-cı ildə Azərbaycanda 2-3 IPO keçirilə bilər"
Maliyyə18:27
Foto