Abşeronda 18 yaşlı gəncin qətli ilə bağlı cinayət işi açılıb

Hadisə
  • 22 iyul, 2023
  • 14:36
Abşeronda 18 yaşlı gəncin qətli ilə bağlı cinayət işi açılıb

Abşeronda 18 yaşlı gəncin qətli ilə bağlı cinayət işi açılıb.

Abşeron rayon Prokurorluğundan “Report”a verilən məlumata görə, iyulun 22-də saat 17 radələrində Abşeron rayonu Mexkalon qəsəbəsi ərazisində 2005-ci il təvəllüdlü Abbasov Sərdar Sərxan oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı 2005-ci il təvəllüdlü Mirzəyev Fərid Nafiz oğlunun aralarında yaranmış mübahisə zamanı bıçaqla Sərdar Abbasova xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Abşeron rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Fərid Mirzəyev iş üzrə şübhəli şəxs qismində saxlanılıb.

İbtidai istintaq davam etdirilir.

Son xəbərlər

Bütün Xəbər Lenti