Yamal XXI əsrdə La Liqada penalti vuran ən gənc futbolçu olub
Futbol
- 01 sentyabr, 2025
- 06:16
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Kataloniya təmsilçisi "Barselona"nın ispaniyalı vingeri Lamin Yamal İspaniya çempionatının III turunda "Rayo Valyekano" ilə matçın 40-cı dəqiqəsində penaltini dəqiq yerinə yetirərək, XXI əsrdə La Liqada ən gənc penalti vuran futbolçu olub.
"Report" xəbər verir ki, bu barədə "Squawka" statistika portalı məlumat yayıb.
Portalın məlumatına görə, 1:1 hesabı ilə yekunlaşan qarşılaşma zamanı Yamalın 18 yaşı (18 yaş, 49 gün) olub.
Xatırladaq ki, "Barselona" növbəti oyununu sentyabrın 14-də evdə "Spotify Camp Nou" stadionunda "Valensiya"ya qarşı keçirəcək. Matç Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
Son xəbərlər
11:22
Konkur üzrə Azərbaycan çempionatı keçiriləcək
Fərdi
11:15
Azərbaycan Avropa çempionatında 40 şahmatçı ilə təmsil olunacaq
Fərdi
11:14
Azərbaycandakı internet trafikində botların payı oktyabrda 27 %-dən çox azalıb
İKT
11:11
Foto
Azərbaycan deflimpiyaçıları Avropa çempionatında 3 qızıl medal qazanıblar
Fərdi
11:07
"Araz Supermarket" barədə protokol tərtib olunub
Biznes
11:06
"Samsung" son 3 ayda Azərbaycanın planşet bazarındakı payının 19 %-dən çoxunu itirib
İKT
11:05
"Barselona" Alexandro Baldeni satmağa hazırdır
Futbol
11:01
Azərbaycan millisi Avropa çempionatına Türkiyə boksçuları ilə birgə hazırlaşır
Fərdi
11:00
Rüşvət almaqda təqsirləndirilən Vergi xidmətinin əməkdaşlarının məhkəməsi başlayır
Hadisə