Azərbaycan millisi Avropa çempionatına Türkiyə boksçuları ilə birgə hazırlaşır
Fərdi
- 02 noyabr, 2026
- 11:01
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Boks üzrə U-23 Azərbaycan millisi Bakıda təlim-məşq toplanışına başlayıb.
Bu barədə "Report"a Azərbaycan Boks Federasiyasından məlumat verilib.
Noyabrın 12-dək davam edəcək toplanışda komandamızla yanaşı, Türkiyə yığması da hazırlıq keçəcək.
Bakı Boks Mərkəzində təşkil olunan toplanışa 25-dək boksçu qatılıb. Komandalar gündə 2 dəfə məşq keçəcək, sınaq döyüşlərində güclərini yoxlayacaqlar. Toplanışda əsasən texniki-taktiki hazırlığa üstünlük veriləcək.
Məşqlər Xorvatiyada təşkil olunacaq U-23 Avropa çempionatına hazırlıq xarakteri daşıyır.
Qeyd edək ki, Avropa çempionatı noyabrın 16-24-də baş tutacaq.
Son xəbərlər
10:07
"Bank Respublika" və "AccessBank" strateji əqdin uğurla başa çatdığını elan ediblər
Maliyyə
10:05
Maiko Utixara: Azərbaycan regionda mühüm diplomatik rol oynaya bilər
Xarici siyasət
10:05
Foto
Video
Çin krossoveri Böyük Britaniyada ən çox satılan avtomobil oldu!
Biznes
09:58
Latviya BMT Təhlükəsizlik Şurasının təcili iclasının çağırılması təşəbbüsü ilə çıxış edib
Digər ölkələr
09:51
İlham Mirzəliyev Yevlaxda vətəndaşları qəbul edəcək
Energetika
09:47
Nikol Paşinyan Brüsselə yollanıb
Region
09:37
Foto
Ramin Məmmədov Şərurda məscidləri ziyarət edib
Din
09:25
"Xilasedici" komandası CEV Çempionlar Liqasında mübarizəyə başlayır
Komanda
09:23
Nepalda iki helikopter toqquşub, ölən və yaralanan var
Digər ölkələr