İngiltərədə "Mançester Siti"nin futbolçusunu yumruqlayan azarkeş həbs edilib

İngiltərədə "Mançester Siti"nin futbolçusunu yumruqlayan azarkeş həbs edilib Azarkeş Alfi Holt İngiltərənin "Mançester Siti" klubunun yarımmüdafiəçisi Cek Qrilişin üzünə zərbə endirib. Hadisə İngiltərə futbol çempionatının 31-ci turunda "Mançester Yunayted"ə qarşı keçirilən matçdan sonra baş verib.
Futbol
8 aprel 2025 03:16
İngiltərədə Mançester Sitinin futbolçusunu yumruqlayan azarkeş həbs edilib

Azarkeş Alfi Holt İngiltərənin "Mançester Siti" klubunun yarımmüdafiəçisi Cek Qrilişin üzünə zərbə endirib. Hadisə İngiltərə Premyer Liqasının XXXI turunda "Mançester Yunayted"ə qarşı keçirilən matçdan sonra baş verib.

"Report"un məlumatına görə, bu barədə "Daily Mail" qəzeti xəbər yayıb.

Qarşılaşma aprelin 6-da "Old Trafford" stadionunda keçirilib və komandalar qolsuz heç-heçəyə razılaşıblar. Qriliş meydana 74-cü dəqiqədə İlkay Gündoğanın əvəzinə çıxıb.

Nəşrin məlumatına görə, azarkeş və futbolçu arasında münaqişə tribunanın altında, paltardəyişmə otağına gedən yolda baş verib. 20 yaşlı Holt Qrilişə zərbə endirdiyinə görə həbs edilib.

Azarkeşin məhkəməsi bu ilin iyulunda Mançesterdə keçiriləcək. Klublar bu məlumatı şərh etməkdən imtina ediblər.

Qeyd edək ki, 29 yaşlı Qriliş 2021-ci ilin avqustundan "Mançester Siti"də çıxış edir. O, klub heyətində ümumilikdə 154 oyun keçirib, 32 qol vurub və 41 məhsuldar ötürmə verib. "Mançester Siti" 31 turdan sonra 52 xalla turnir cədvəlində beşincidir. Komanda növbəti matçını aprelin 12- də evdə "Kristal Pelas"a qarşı keçirəcək.

Orphus sistemi