"Qarabağ"ın legioneri klubunun onu cəzalandırmasına münasibət bildirib

"Qarabağ"ın legioneri klubunun onu cəzalandırmasına münasibət bildirib "Haitidən Nyu-Yorka gəldikdən sonra hava limanında koronavirus testi ilə bağlı problem yaşandı. Bizə bildirdilər ki, həmin analizin nəticələri keçərli deyil, yenidən test verməlisiniz. Bu səbəbdən 2 gün ailəmlə birlikdə aeroportda qalmalı oldum".
Futbol
28 Yanvar , 2021 12:58
Qarabağın legioneri klubunun onu cəzalandırmasına münasibət bildirib

"Haitidən Nyu-Yorka gəldikdən sonra hava limanında koronavirus testi ilə bağlı problem yaşandı. Bizə bildirdilər ki, həmin analizin nəticələri keçərli deyil, yenidən test verməlisiniz. Bu səbəbdən, 2 gün ailəmlə birlikdə aeroportda qalmalı oldum".

Bunu "Report"a açıqlamasında "Qarabağ"ın futbolçusu Donald Gerye komandanın qış təlim-məşq toplanışına qoşula bilmədiyi üçün cəzalandırılması barədə danışarkən deyib.

Haitili yarımmüdafiəçi bildirib ki, Bakıya gec qayıtması onun günahı olmayıb. 32 yaşlı oyunçu bu səbəbdən, ona verilən cəzanın düzgün olmadığını söyləyib: "Nyu-Yorkda olarkən yaşanan problemlə bağlı klubu məlumatlandırmışdım. Hər gün zəng vurub danışırdım. Amma Bakıya qayıtdıqdan sonra dedilər ki, 20 min ABŞ dolları məbləğində cərimələnib, əvəzedici komandaya göndərilmisən. Açığı, qərardan bir az təəccübləndim. Çünki məndən qaynaqlanan poblem deyildi. Bir müddət əvəzedici komandada olacağam, cəriməni də ödəyəcəyəm. Lakin mənə görə doğru qərar deyil. Hətta deyərdim ki, ədalətsiz qərardır".

Gerye Bakıya gəldikdən sonra baş məşqçisi Qurban Qurbanovu görmədiyini vurğulayıb: "Baş məşqçi ilə söhbətimiz olmayıb, çünki onu görməmişəm. Sadəcə, mesajla bildirdilər ki, cəza almısan. Əvəzedici komandada nə qədər qalacağımı bilmirəm. Əslində meydana çıxmaq üçün tam hazıram".

Son xəbərlər

Orphus sistemi