SANA: İordaniya HHQ-nin Suriyaya zərbələri nəticəsində ölənlərin sayı 7-yə çatıb – Yenilənib

Digər ölkələr
  • 27 oktyabr, 2026
  • 04:32
SANA: İordaniya HHQ-nin Suriyaya zərbələri nəticəsində ölənlərin sayı 7-yə çatıb – Yenilənib

İordaniya Hərbi Hava Qüvvələrinin (HHQ) Suriyanın cənubundakı Deraa əyalətinin bir neçə rayonuna endirdiyi hava zərbələri nəticəsində ölənlərin sayı 7 nəfərə çatıb.

"Report"un məlumatına görə, bu barədə SANA agentliyi əyalətin Səhiyyə İdarəsinin rəhbərinə istinadən xəbər verib.

Məlumata görə, zərbələr nəticəsində üç nəfər yaralanıb.

"Zərbələr nəticəsində üç uşaq, bir qadın və bir yaşlı kişi də daxil olmaqla üç kişi həlak olub. Yaralananlardan ikisi kişi, biri uşaqdır", - rəsmi şəxs bildirib.

Zərbələr əl-Müsəmmiyyə rayonunun Əl-Taf rayonuna, eləcə də Nəsib və Müzəyrib yaşayış məntəqələrinin yaxınlığındakı obyektlərə endirilib.

Suriya hakimiyyətinin məlumatına görə, uşaqlar da daxil olmaqla mülki şəxslərin xəsarət aldığı hava zərbələri Dəməşqlə əvvəlcədən razılaşdırılmayıb. Suriya Xarici İşlər Nazirliyi xəbər verib ki, ölkə ərazisinə əvvəlcədən koordinasiya olmadan hərbi əməliyyatların aparılmasına qarşı İordaniya tərəfinə kəskin etirazını bildirib.

İordaniya Hərbi Hava Qüvvələrinin Suriyanın cənubuna etdiyi hücumlar nəticəsində azı beş mülki şəxs ölüb.

"Report" xəbər verir ki, bu barədə Deraa əyalət administrasiyasının mətbuat xidməti "X" sosial şəbəkəsində məlumat yayıb.

"Ölənlər arasında qadınlar və uşaqlar, eləcə də 65 yaşlı kişi var", - məlumatda deyilir. Onların hamısı zərbələrin endirildiyi Tarik əs-Sədd bölgəsindən gətirilib.

Ölənlər və zərərçəkənlər haqqında məlumat vilayətin qərbindəki Mzayrib qəsəbəsindən də daxil olub, onların sayı dəqiqləşdirilir.

Daha əvvəl bildirilib ki, 26 oktyabrda İordaniya Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr ölkənin Əl-Karak əyalətindəki Müqəddəs Georgi kilsəsinə hücumu həyata keçirən terrorçularla əlaqəli olduqları müəyyən edildikdən sonra Suriyanın cənubundakı silahlı qrupların hədəflərinə zərbələr endirib.