Yunanıstan "Olimpiakos"unun daha bir futbolçusu Afinada "Qarabağ"a qarşı keçiriləcək UEFA Avropa Liqasının qrup mərhələsinin III tur oyununu buraxacaq.
"Report" "gazzetta.gr" saytına istinadən xəbər verir ki, bud əzələsindəki zədədən əziyyət çəkən Usseynu Ba ötən gün tibbi müayinədən keçib. Həkimlər 27 yaşlı seneqallı arxa xətt oyunçusuna ən azı 10 gün istirahət etməyi tapşırıb.
Bununla da Pirey təmsilçisinin heyətində zədəli futbolçuların sayı 3-ə çatıb. Daha əvvəl digər müdafiəçi Panayotis Retsos və qapıçı Tomaş Vatslikin "köhlən atlar"a qarşı oynamayacağı bəlli olub.
Qeyd edək ki, oktyabrın 6-da "Georgios Karaiskakis" stadionunda keçiriləcək "Olimpiakos" - "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.