"Olimpiakos"un daha bir futbolçusu "Qarabağ"la oyunu buraxacaq
Futbol
- 30 sentyabr, 2022
- 07:01
Yunanıstan "Olimpiakos"unun daha bir futbolçusu Afinada "Qarabağ"a qarşı keçiriləcək UEFA Avropa Liqasının qrup mərhələsinin III tur oyununu buraxacaq.
"Report" "gazzetta.gr" saytına istinadən xəbər verir ki, bud əzələsindəki zədədən əziyyət çəkən Usseynu Ba ötən gün tibbi müayinədən keçib. Həkimlər 27 yaşlı seneqallı arxa xətt oyunçusuna ən azı 10 gün istirahət etməyi tapşırıb.
Bununla da Pirey təmsilçisinin heyətində zədəli futbolçuların sayı 3-ə çatıb. Daha əvvəl digər müdafiəçi Panayotis Retsos və qapıçı Tomaş Vatslikin "köhlən atlar"a qarşı oynamayacağı bəlli olub.
Qeyd edək ki, oktyabrın 6-da "Georgios Karaiskakis" stadionunda keçiriləcək "Olimpiakos" - "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Son xəbərlər
10:03
AFFA prezidenti DÇ-2026-nın püşkatma mərasiminə qatılacaq
Futbol09:54
ADY-nin fəaliyyəti rəqəmsal alətlərlə yenidən formalaşdırılır
İnfrastruktur09:53
ADY sədri: "Təbii qaz istehlakımızı 50 % azaltmışıq"
İnfrastruktur09:51
Rövşən Rüstəmov: "ADY-nin istixana emissiyalarındakı payı 0,5 %-dən azdır"
İnfrastruktur09:49
Şamil Ayrım: Qərbi azərbaycanlıların qayıdışı və onların mədəni abidələrinin bərpası sülhün əsas şərtlərindəndir
Xarici siyasət09:45
Azərbaycan nefti cüzi ucuzlaşıb
Energetika09:44
Azərbaycan alpinisti Antarktidanın ən yüksək zirvəsini fəth edib
Fərdi09:43
İndoneziyada daşqınların qurbanlarının sayı 850-ə yaxınlaşıb
Digər ölkələr09:39