FİFA 2026-cı il dünya çempionatının 40 ölkənin iştirakı ilə keçirilməsini müzakirə edəcək
Futbol
- 06 sentyabr, 2016
- 14:00
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 6 sentyabr. REPORT.AZ/ Futbol üzrə 2026-cı il Dünya Çempionatı 40 yığma komandanın iştirakı ilə 3 ölkədə təşkil oluna bilər.
"Report"un RİA "Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə FİFA prezidenti Canni İnfantino açıqlama verib.
O bildirib ki, məsələ bu il oktyabrın 13-14-də İsveçrənin Sürix şəhərində keçiriləcək toplantıda müzakirə olunacaq. DÇ-2026-ya ABŞ, Kanada və Meksikanın birgə namizədlik verəcəkləri gözlənilir.
Qeyd edək ki, hazırda dünya çempionatlarında 32 ölkə iştirak edir. UEFA isə 2016-cı il Avropa çempionatından etibarən komandaların sayını 16-dan 24-ə yüksəldib. AVRO-2020 isə qitənin 13 şəhərində, o cümlədən, Bakıda təşkil olunacaq.
Son xəbərlər
20:13
Avropa Komissiyası Ukraynaya 45 milyard avro kredit ayrılmasını təklif edib
Digər ölkələr
20:12
G20 ölkələrinin XİN rəhbərləri Rusiyaya görə birgə foto çəkdirməkdən imtina ediblər
Digər ölkələr
20:12
Brnabiç: Serbiyada prezident seçkiləri dekabrın 27-dək keçirilməlidir
Digər ölkələr
20:02
Suriyada mina partlayışları nəticəsində ölənlər və yaralananlar var
Digər ölkələr
20:01
Maliyyə nazirinə yeni müavin təyin olunub
Maliyyə
19:59
Bakı-Xırdalan marşrutu ilə hərəkət edən qatarda gecikmə qeydə alınıb
İnfrastruktur
19:55
Foto
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Region
19:50
"Yəmən şəfəqi" əməliyyatı çərçivəsində husilərə 1087 zərbə endirilib
Digər ölkələr
19:47
Prezident İlham Əliyev "FIFA U-15 World Cup and Festival"ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib
Daxili siyasət