Çempionlar Liqası: "Qarabağ" Polşada "Rakuv" klubuna uduzub

Çempionlar Liqası: "Qarabağ" Polşada "Rakuv" klubuna uduzub Polşada UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda üz-üzə gələcək "Rakuv" və "Qarabağ"ın start heyəti açıqlanıb.
Futbol
27 İyul , 2023 00:13
Çempionlar Liqası: Qarabağ Polşada Rakuv klubuna uduzub

"Qarabağ" UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin ilk oyununa çıxıb.

"Report"un məlumatına görə, Azərbaycan çempionu Polşada "Rakuv"un qonağı olub. Çenstoxovadakı "Miejski" stadionunda keçirilən görüşdə meydan sahibləri qələbə qazanıblar - 3:2.

Matçda hesab 55-ci dəqiqədə açılıb. Ağdam klubundan Elvin Cəfərquliyev avtoqol müəllifi olub. 71-ci dəqiqədə "Rakuv" ikinci topu "köhlən atlar"ın qapısından keçirib. Bu dəfə Fabian Pyasetski fərqlənib. Məğlubiyyətlə barışmaq istəməyən "Qarabağ" Redon Cicanın 73 və 75-ci dəqiqələrdə vurduğu qollarla hesabı bərabərləşdirib. Bununla belə, Polşa çempionu 90+1-ci dəqiqədə Sonni Kittellə qələbə topunu vura bilib.

Komandalar arasında cavab oyunu avqustun 2-də Bakı Olimpiya Stadionunda baş tutacaq. Bu cütün qalibi III təsnifat mərhələsində "Aris" (Kipr) - BATE (Belarus) matçının güclüsü ilə qarşılaşacaq.

Qeyd edək ki, "Qarabağ" I təsnifat mərhələsində Cəbəllütariq "Linkoln"unu hər iki görüşdə məğlub edərək (2:1, 4:0) mübarizədən kənarlaşdırıb.

23:51

Polşada "Rakuv" və "Qarabağ" komandaları arasında keçirilən UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda hesab bərabərləşib.

"Report"un məlumatına görə, Redon Cica 75-ci dəqiqədə özünün və Ağdam klubunun 2-ci qoluna imza atıb.

23:49

Polşada "Rakuv" və "Qarabağ" komandaları arasında keçirilən UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda 3-cü qol vurulub.

"Report"un məlumatına görə, Ağdam klubundan Redon Cica 73-cü dəqiqədə buraxılan toplardan birinin əvəzini çıxıb - 1:2.

23:46

Polşada "Rakuv" və "Qarabağ" komandaları arasında keçirilən UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda hesab dəyişib.

"Report"un məlumatına görə, 71-ci dəqiqədə meydan sahibləri ikinci topu Ağdam klubunun qapısından keçirib. Qolun müəllifi Fabian Pyasetski olub.

23:30

Polşada "Rakuv" və "Qarabağ" komandaları arasında keçirilən UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda hesab açılıb.

"Report"un məlumatına görə, 55-ci dəqiqədə Ağdam klubunun müdafiəçisi Elvin Cəfərquliyev avtoqol müəllifi olub.

23:18

Polşada "Rakuv" və "Qarabağ" komandaları arasında keçirilən UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda ikinci hissə başlayıb.

"Report"un məlumatına görə, birinci yarıdan sonra qarşılaşmada hesab açılmayıb.

23:03

Polşada "Rakuv" və "Qarabağ" komandaları arasında keçirilən UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda birinci hissə başa çatıb.

"Report"un məlumatına görə, "Miejski" stadionunda oynanılan görüşdə komandalar fasiləyə qolsuz bərabərliklə yollanıblar.

22:15

Polşada "Rakuv" və "Qarabağ" komandaları arasında UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunu başlayıb.

"Report"un məlumatına görə, "Miejski" stadionunda oynanılan görüş Bakı vaxtı ilə saat 22:15-də start götürüb.

Qarşılaşmanı isveçrəli baş hakim Lukas Fandrix idarə edir.

Qeyd edək ki, komandaların cavab oyunu avqustun 2-də Bakı Olimpiya Stadionunda baş tutacaq.

21:06

Polşada UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda üz-üzə gələcək "Rakuv" və "Qarabağ"ın start heyəti açıqlanıb.

"Report" Avropa futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar:

"Rakuv": 1 Vladan Kovaçeviç, 4. Stratos Svarnas, 24. Zoran Arseniç, 25. Boqdan Rakovitsan, 7. Fran Tüdor, 8. Ben Lederman, 20. Cin Karlos, 66. Yannis Papanikolau, 30. Vladislav Koçergin, 77. Martsin Tsebulya, 9. Lukaş Zvolinski
Ehtiyat oyunçular: 89. Katsper Beşad, 5. Qustav Berqqren, 6. Şimon Çij, 11. Con Yeboa, 17. Mateuş Vdovyak, 22. Deyan Soresku, 27. Bartoş Novak, 93. Sonni Kittel, 99. Fabian Pyasetski
Baş məşqçi: David Şvarqa

"Qarabağ": 1. Şahruddin Məhəmmədəliyev, 13. Bəhlul Mustafazadə, 81. Kevin Medina, 44. Elvin Cəfərquliyev, 27. Toral Bayramov, 6. Julio Romao, 8. Marko Yankoviç, 7. Yassin Benzia, 15. Leandro Andrade, 10. Abdullah Zubir, 19. Redon Cica
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 11. Adama Diakabi, 17. Hamidu Keyta, 20. Riçard Almeyda, 55. Bədavi Hüseynov, 66. Patrik Andrade, 83. Nihad Quliyev, 90. Nəriman Axundzadə
Baş məşqçi: Qurban Qurbanov

Qeyd edək ki, bu gün "Miejski" stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:15-də başlayacaq.

Son xəbərlər

Orphus sistemi