"Çelsi" "Kristal Pelas"ın müdafiəçisi ilə maraqlanır
Futbol
- 13 aprel, 2025
- 14:15
"Çelsi" İngiltərənin digər klubu "Kristal Pelas"ın müdafiəçisi Mark Kehi ilə maraqlanır.
“Report”un “Mirror”a istinadən məlumatına görə, London klubu bu yay almaq istədiyi 24 yaşlı futbolçu üçün 50 milyon funt-sterlinq (57,5 milyon avro) ödəməyə, həmçinin oyunçularından birini müqaviləyə daxil etməyə razıdır.
“Kristal Pelas” isə müdafiəçinin satışından 70 milyon funt-sterlinq (80,5 milyon avro) qazanmaq niyyətindədir.
Qeyd edək ki, M.Kehi cari mövsüm komandanın heyətində bütün turnirlərdə 37 oyun keçirib, üç qola və iki məhsuldar ötürməyə imza atıb. Futbolçunun klubla hazırkı müqaviləsinin müddəti 2026-cı ilin yayına qədərdir. “Transfermarkt” portalı arxa xətt oyunçusunu 45 milyon avro dəyərində qiymətləndirir.
Son xəbərlər
07:23
Tramp: ABŞ neftin qiymətini kəskin şəkildə aşağı salmağa çalışmır
Digər ölkələr06:50
KİV: Çində yaşayış binasında yanğın nəticəsində səkkiz nəfər ölüb
Digər ölkələr06:11
BMT Konqo Demokratik Respublikasındakı qaçqınların sayını açıqlayıb
Digər ölkələr05:43
ABŞ-nin qırıcı təyyarələri Venesuela hava məkanı yaxınlığında uçuşlar keçirib
Digər ölkələr05:04
İlon Mask: Avropa Komissiyası ləğv edilməli, seçkili orqanla əvəz olunmalıdır
Digər ölkələr04:38
Sudanda İl-76 hərbi təyyarəsi qəzaya uğrayıb, ölənlər var
Digər ölkələr04:29
Venesuela ABŞ təhdidlərini psixoloji müharibənin yeni forması adlandırıb
Digər ölkələr04:14
"SpaceX" ABŞ-nin kəşfiyyat ehtiyacları üçün peyk daşıyan "Falcon 9" raketini buraxıb
Digər ölkələr03:40