AVRO-2024: Türkiyə ilk matçında qələbə qazanıb - YENİLƏNİB - 6

AVRO-2024: Türkiyə ilk matçında qələbə qazanıb - YENİLƏNİB - 6 Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının F qrupunda mübarizəyə start verilib.
Futbol
18 İyun , 2024 21:55
AVRO-2024: Türkiyə ilk matçında qələbə qazanıb  - YENİLƏNİB - 6

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının F qrupunda baş tutan Türkiyə - Gürcüstan matçında Türkiyə komandası 3:1 hesablı qələbə qazanıb.

"Report" xəbər verir ki, yığmaya qələbə qazandıran qolları Mərt Müldür (25), Arda Gülər (65) və Kərəm Aktürkoğlu (90+7) vurub.

Gürcüstan millisinin heyətində isə 32-ci dəqiqədə Georgi Mikautadze fərqlənib.


21:25

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının F qrupunda baş tutan Türkiyə - Gürcüstan matçında Türkiyə komandası növbəti qolu vurub.

"Report" xəbər verir ki, Arda Gülər 65-ci dəqiqədə fərqlənib.

Türkiyə millisindən daha əvvəl Mərt Müldür 25-ci dəqiqədə qol vurub. Gürcüstan komandasından isə Georgi Mikautadze 32-ci dəqiqədə fərqlənib.

21:03

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının F qrupunda baş tutan Türkiyə - Gürcüstan matçında ikinci hissəyə start verilib.

"Report" xəbər verir ki, hazırda davam edən görüşdə hesab bərabərdir - 1:1.

Türkiyə millisindən Mərt Müldür 25-ci dəqiqədə fərqlənib. Georgi Mikautadze 32-ci dəqiqədə bərabərliyi təmin edib.

20:51

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının F qrupunda baş tutan Türkiyə - Gürcüstan matçında ilk hissə başa çatıb.

"Report" xəbər verir ki, komandalar fasiləyə 1:1 hesablı bərabərliklə yollanıblar.

Türkiyə millisindən Mərt Müldür 25-ci dəqiqədə fərqlənib. Georgi Mikautadze 32-ci dəqiqədə bərabərliyi təmin edib.

20:35

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının F qrupunda baş tutan Türkiyə - Gürcüstan matçında hesab bərabərləşib.

"Report" xəbər verir ki, Georgi Mikautadze 32-ci dəqiqədə bərabərliyi təmin edib.

Türkiyə millisindən Mərt Müldür matçın 25-ci dəqiqəsində fərqlənib.

Görüş davam edir.

20:29

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının F qrupunda baş tutan Türkiyə - Gürcüstan matçında hesab açılıb.

"Report" xəbər verir ki, Mərt Müldür matçın 25-ci dəqiqəsində gürcüləri cəzalandırıb.

Görüş davam edir.

20:00

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının F qrupunda mübarizəyə start verilib.

"Report"un məlumatına görə, I turun Türkiyə - Gürcüstan metçı Bakı vaxtı ilə 20:00-da başlayıb.

Qarşılaşmanı argentinalı hakim Fakundo Telyo idarə edir.

Qeyd edək ki, AVRO-2024 iyulun 14-də başa çatacaq.

Son xəbərlər

Orphus sistemi