"Araz-Naxçıvan" Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanıb
Futbol
- 30 avqust, 2025
- 23:11
"Araz-Naxçıvan" futzal üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanıb.
"Report" xəbər verir ki, Naxçıvan təmsilçisi ilkin mərhələnin sonuncu matçında Avstriya çempionu "Ljuti Krajişniçi" klubu ilə üz üzə gəlib.
Linz şəhərindəki NMS İdman Sarayında keçirilən qarşılaşma Naxçıvan təmsilçisinin qələbəsi ilə başa çatıb - 12:3.
Yevgeni Kukseviçin baş məşqçisi olduğu komanda yer aldığı F qrupunda daha əvvəl Şimali İrlandiyanın "Sparta Belfast" klubunu 9:1, Şotlandiya təmsilçisi "PYF Saltires"i isə 7:2 hesabı ilə məğlub edib.
Beləliklə, Naxçıvan təmsilçisi F qrupunun qalibi kimi UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanıb.
Qeyd edək ki, əsas mərhələnin oyunları oktyabrın 26-dan noyabrın 2-dək baş tutacaq.
Son xəbərlər
13:16
Foto
Video
Vilayət Eyvazov Qəbələdə növbəti vətəndaş qəbulu və sıra baxışı keçirib
Hadisə13:09
Lamiyə Vəliyeva: "Bakıdakı beynəlxalq turnirin qalibi olmaq mənim üçün əhəmiyyətli idi"
Fərdi13:02
Sabah 18 dərəcə isti olacaq - PROQNOZ
Ekologiya13:01
MM Azərbaycanla İordaniya arasında gömrük işi sahəsində əməkdaşlıq sazişini ratifikasiya edib
Milli Məclis12:58
Azərbaycana mobil telefonların idxalı qaydaları dəyişdirilib: vətəndaşları nə gözləyir?
Biznes12:58
Ötən ay 1738 hektar ərazi minalardan təmizlənib
Daxili siyasət12:56
Azərbaycanın cüdo millilərinə yeni məşqçilər təyin olunub
Fərdi12:52
İTV-nin Yayım Şurasına yeni üzvlər seçilib
Milli Məclis12:52