Ukraynanı təmsil edən azərbaycanlı güləşçi Avropa çempionatında qızıl medal qazanıb

Ukraynanı təmsil edən azərbaycanlı güləşçi Avropa çempionatında qızıl medal qazanıb Ukraynadan olan azərbaycanlı idmançı Aidə Ramiz qızı Kərimova Serbiyanın Novıy Sad şəhərində keçirilən sərbəst güləş üzrə Avropa çempionatında qızıl medal qazanıb.
Fərdi
12 İyul , 2024 15:04
Ukraynanı təmsil edən azərbaycanlı güləşçi Avropa çempionatında qızıl medal qazanıb

Ukraynadan olan azərbaycanlı idmançı Aidə Ramiz qızı Kərimova Serbiyanın Novıy Sad şəhərində keçirilən sərbəst güləş üzrə Avropa çempionatında qızıl medal qazanıb.

"Report"un Şərqi Avropa bürosunun məlumatına görə, bu, 50 kq çəki dərəcəsində yarışan 20 yaşlı idmançının Avropa birinciliyində 2-ci qızıl medalı olub.

O, Ukraynada bu uğuru qazanan yeganə azərbaycanlı xanım idmançıdır. Bu nəticə Aidə Kərimovanın Ukraynanın əsas millisinə yoluna aça və onun 2028-ci ildə Los-Ancelesdə keçiriləcək Yay Olimpiya Oyunlarına vəsiqə qazanmasında təkan rolunu oynaya bilər.

Ukrayna Azərbaycanlıları Birləşmiş Konqresinin sədri Rövşən Tağıyev və Ukrayna gürcü diasporunun rəhbəri Mikava Zurabi azərbaycanlı çempion ilə görüşərək, diaspor adından mükafatlar təqdim ediblər.

Ukraynanın əməkdar məşqçisi Ruslan Savloxovun rəhbərliyi altında hazırlaşan A.Kərimova əslən Azərbaycanın Yevlax rayonundandır və Ukraynanın Donetsk vilayətində doğulub boya-başa çatıb.

Son xəbərlər

Orphus sistemi