Azərbaycan Badminton Federasiyası tərəfindən həyata keçirilən “Shuttle Time Azerbaijan” layihəsi ən yaxşılar siyahısında göstərilib.
"Report" xəbər verir ki, bu, Dünya Badminton Federasiyasının hazırladığı “Shuttle Time Best Practice” adlı məlumat kitabçasında öz əksini tapıb.
Sözügedən kitabça onlayn daxili kommunikasiya sistemi vasitəsilə Dünya Badminton Federasiyasının üzvü olan 140 ölkəyə göndərilib, eləcə də, proqramın rəsmi səhifəsində yerləşdirilib.
Xatırladaq ki, “Shuttle Time Azerbaijan” layihəsi 2020-ci ildən həyata keçirilir. Layihə Bakı, Sumqayıt, Qusar, Şamaxı, Sabirabad, Lənkəran, Qax, Gəncə, Tovuz və Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərini əhatə edib. Layihədə 1000-dən çox məktəbli və 400-dən çox idman müəllimi iştirak edib. Layihə çərçivəsində məktəblilərə badminton ləvazimatları hədiyyə olunub.