Rauf Məmmədov: "Azərbaycan çempionatında gənc və potensiallı şahmatçılar çoxluq təşkil edir"

Fərdi
  • 06 fevral, 2026
  • 21:24
Rauf Məmmədov: Azərbaycan çempionatında gənc və potensiallı şahmatçılar çoxluq təşkil edir

Azərbaycan çempionatında gənc və potensiallı şahmatçılar çoxluq təşkil edir.

"Report" xəbər verir ki, bunu beynəlxalq qrosmeyster Rauf Məmmədov şahmat üzrə Azərbaycan çempionatının açılış mərasiminin ardından jurnalistlərə açıqlamasında deyib.

O, yarışla bağlı fikirlərini bölüşüb:

"Mən ilk dəfə Azərbaycan çempionatına qatılarkən 15 yaşım var idi və çempion olmuşdum. Ona görə budəfəki ölkə çempionatında da sürpriz nəticələr ola bilər. İndiki cavanlar çox güclü mübarizə aparırlar. 30 iştirakçının hər biri çempionluğa namizəddir. Təcrübəli qrosmeysterlə gənc şahmatçıların qarşılaşması maraqlı mübarizə deməkdir".

Qeyd edək ki, Azərbaycan çempionatına 46 şahmatçı qatılacaq. Turnir fevralın 6-22-si aralığında təşkil olunacaq. Kişi şahmatçılarda 30, qadınlarda isə 16 iştirakçı mübarizə aparacaq.

Yarışın mükafat fondu 92 min manat təşkil edir. Bu məbləğdən 62 min manat kişilərin, 30 min manat isə qadınların çempionatına aiddir.

Son xəbərlər

Bütün Xəbər Lenti