Keniyanın keçmiş idman nazirinə 6 il həbs cəzası verilib

Keniyanın keçmiş idman nazirinə 6 il həbs cəzası verilib Keniyanın keçmiş idman naziri Hasan Vario və Rio-2016 Yay Olimpiya Oyunlarındakı nümayəndə heyətinin rəhbəri Stiven Arap Soya qarşı hökm oxunub.
Fərdi
17 Sentyabr , 2021 11:15
Keniyanın keçmiş idman nazirinə 6 il həbs cəzası verilib

Keniyanın keçmiş idman naziri Hasan Vario və Rio-2016 Yay Olimpiya Oyunlarındakı nümayəndə heyətinin rəhbəri Stiven Arap Soya qarşı hökm oxunub.

"Report"un Inside the Games"ə istinadən məlumatına görə, hər iki şəxs maliyyə pozuntularına yol verməkdə və olimpiada vaxtı vəzifə səlahiyyətlərindən sui-istifadədə günahkar sayılıblar. Onlar şişirdilmiş qiymətə avia-bilet almaqda, komandaya aidiyyatı olmayan şəxslərin Oyunlara səfərlərini maliyyələşdirməkdən ittiham olunublar. Cinayətkar sxemin həyata keçirilməsi nəticəsində korrupsionerlər dövlət büdcəsindən 500 000 ABŞ dolları mənimsəyiblər.

Vario Keniya hökumətində çalışdıqdan sonra Avstriyaya səfir təyin olunub və 2018-ci ildə həbs olunaraq, istintaq altında saxlanılıb. İndi ona 6 il müddətinə hökm oxunub. Soy isə 10 il həbs və 10 milyon dollar cəriməyə məhkum edilib.

Bu hökm ölkə prezidenti Uxuru Kenyattanın apardığı miqyaslı antikorrupsiya kampaniyasının bir hissəsidir. Bu əməliyyatlar nəticəsində onlarla yüksək rütbəli məmur və iri qurumların rəhbərləri saxlanılıb.

Qeyd edək ki, Rio-2016 Yay Olimpiya Oyunları Keniya tarixinə ən uğurlu olimpiada kimi düşüb. Həmin Oyunlarda ölkə atletləri 6 qızıl, 6 gümüş və 1 bürünc medal qazanıblar.

Son xəbərlər

Orphus sistemi