"Formula 1" üzrə Azərbaycan Qran-prisində sıralama turunun qalibi məlum olub.
"Report"un məlumatına görə, "Ferrari"nin pilotu Şarl Lekler bütün rəqiblərini qabaqlayaraq finişə birinci çatıb.
"Mercedes"də çıxış edən 7 qat dünya çempionu Lüis Hemilton isə ikinci olub. Red Bull"un sürücüsü Maks Ferstappen üçüncü yerlə kifayətlənib.
Qeyd edək ki, Azərbaycan Qran-prisi iyunun 6-da başa çatacaq. Həmin gün ilk olaraq "Formula-2"də yekun mərhələ baş tutacaq. Ardınca pilotların paradı, açılış mərasimi gerçəkləşəcək və Azərbaycan Respublikasının Dövlət Himni səslənəcək. Saat 16:00-da "Formula 1"də əsas yarış başlayacaq və yekunda qalib müəyyənləşəcək.
"Formula 1" üzrə Azərbaycan Qran-prisində sıralama turuna start verilib.
"Report"un məlumatına görə, yarış 17:00-dək davam edəcək.
Günün birinci yarısında "Alpha Tauri"nin sürücüsü Pyer Qasli bütün rəqiblərini qabaqlayaraq üçüncü sərbəst yürüşü ilk sırada bitirib. İyunun 4-də "Red Bull" pilotu Maks Ferstappen birinci, həmin komandanın digər üzvü Serxio Peres ikinci sərbəst yürüşdə lider olub.
Saat 17:40-da isə "Formula 2"də ikinci sprint yarışı gerçəkləşəcək.