Federasiya rəsmisi: "Avropa çempionatının 2026-cı ildə Azərbaycanda keçirilməsi üçün müraciət etmişik"

Federasiya rəsmisi: "Avropa çempionatının 2026-cı ildə Azərbaycanda keçirilməsi üçün müraciət etmişik" Avropa çempionatının 2026-cı ildə Azərbaycanda keçirilməsi üçün müraciət etmişik.
Fərdi
10 Yanvar , 2025 13:07
Federasiya rəsmisi: Avropa çempionatının 2026-cı ildə Azərbaycanda keçirilməsi üçün müraciət etmişik
Günel Bədəlova

Avropa çempionatının 2026-cı ildə Azərbaycanda keçirilməsi üçün müraciət etmişik.

Bunu "Report"un Şimal bürosuna açıqlamasında “Şahdağ”da keçirilən xizək alpinizmi üzrə Dünya Kubokunun açılış mərasimində Qış İdman Növləri Federasiyasının baş katibi Günel Bədəlova deyib.

Onun sözlərinə görə, Azərbaycan qarşıdakı illərdə daha bir neçə mötəbər idman yarışlarına ev sahibliyi edəcək:

"Xizək alpinizmi üzrə Dünya Kubokunun "Şahdağ"da keçirilməsi qürurvericidir. Qazaxıstan və Qətəri təmsil edən idmançılar ilk dəfə Dünya Kubokunda iştirak edirlər. Yarışda 26 ölkədən 108 atlet mübarizə aparır. Onlardan 36-sı qadın, 72-si isə kişidir. Ümid edirik ki, Azərbaycan Qış İdman Növləri Federasiyası bununla kifayətlənməyəcək və daha bir neçə mötəbər idman yarışlarına ev sahibliyi edəcək. Biz artıq Beynəlxalq Xizək Alpinizmi Federasiyasına xizək alpinizmi üzrə Avropa çempionatının 2026-cı ildə Azərbaycanda keçirilməsi üçün müraciət etmişik. İnanırıq ki, seçimlərdən uğurla keçəcək və gələn il üçün turnirin hazırlıqlarına start verəcəyik. Həmçinin hədəfimiz 2027-ci ildə dünya çempionatına ev sahibliyi etməkdir”.

Qeyd edək ki, Dünya Kuboku 2026-cı ildə keçiriləcək Qış Olimpiya Oyunlarına lisenziya qazanmaq üçün təsnifat yarışlarından biri hesab edilir. Gənclər və İdman Nazirliyinin dəstəyi, Beynəlxalq Xizək Alpinizmi Federasiyasının, Azərbaycan Qış İdman Növləri Federasiyasının və "Şahdağ" Turizm Mərkəzinin təşkilatçılığı ilə bu gün başlayan yarışa yanvarın 13-də yekun vurulacaq.

Dünya Kubokunda Azərbaycanı Nəzrin Qəribova və Seyid Sədrəddinov təmsil edir.

Son xəbərlər

Orphus sistemi