Çingiz Hüseynzadə: "Azərbaycan idmanının bir neçə problemi var"
- 04 mart, 2026
- 11:43
Azərbaycan idmanının bir neçə problemi var.
"Report"un məlumatına görə, bunu Mill Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə Milli Məclisin Gənclər və İdman Komitəsinin Gənclər və İdman Nazirliyi, MOK və idman federasiyaları ilə görüşündə deyib.
Onun sözlərinə görə, idman özünü maliyyələşdirə bilmir:
"Bu, ya dövlət, ya da sponsorlar tərəfindən maliyyələşir. Azərbaycanda qanunvericilikdə müəyyən güzəştlər tətbiq olunmadıqca, sponsor cəlb etmək bir o qədər çətinləşəcək. Bu məsələni Milli Məclisdə qaldırmaq lazımdır. Dünyanın müxtəlif ölkələrində bu təcrübə var. Azərbaycanda da ola bilər. Bu, qanunvericiliklə bağlıdır".
Onun sözlərinə görə, orta və ali məktəblərdə idman problemlərdən biridir:
"Etiraf etməliyik ki, orta məktəblərdə idman dərsləri demək olar ki, keçirilmir. Digər ölkələrdə universitet komandaları çoxluq təşkil edir. Atletika və bəzi komanda idman növlərində bunlar var. İdman əsas fənnlərdən biri olmalıdır. Həftədə iki idman dərsi çox azdır".