16-18 yaşlı gənclərdən ibarət Azərbaycan millisinin karateçisi Amin Yadigarlı Birləşmiş Ərəb Əmirliklərinin Fujeira şəhərində keçirilən Karate1 Youth League turnirinin qızıl medalını qazanıb.
Bu barədə “Report”a Azərbaycan Karate Federasiyasından məlumat verilib.
55 kq çəki dərəcəsində çıxış edən gənc idmançı bütün rəqiblərindən güclü olaraq, yarışı qalib kimi tamamlayıb.
Ondan əvvəl Nicat Kərimli (75 kq) və Rumil Cəfərli (76 kq) gümüş medala layiq görülüb.
Qeyd edək ki, Karate1 Youth League turniri fevralın 26-da başa çatacaq.
16-18 yaşlı gənclərdən ibarət Azərbaycan millisinin karateçisi Rumil Cəfərli Birləşmiş Ərəb Əmirliklərinin Fujeira şəhərində keçirilən Karate1 Youth League turnirinin gümüş medalını qazanıb.
“Report” xəbər verir ki, bu barədə Azərbaycan Karate Federasiyası məlumat yayıb.
76 kq çəki dərəcəsində çıxış edən gənc idmançı yalnız finalda rəqibinə məğlub olaraq, ikinci yerlə kifayətlənib. Ona qədər U-21 yığmasının üzvü Nicat Kərimli (75 kq) gümüş medal əldə edib.
Qeyd edək ki, Dünya Karate Federasiyasının nüfuzlu turnirlərindən sayılan bu yarışda 14 yaşadək uşaqlar, 14-15 yaşlı yeniyetmələr, 16-18 və 21 yaşadək gənclər mübarizə aparırlar. 67 ölkədən 1169 idmançının qatıldığı turnirdə Azərbaycanı 27 karateçi təmsil edir.