Avropa çempionatı: Azərbaycanın üç cüdoçusu qələbə ilə başlayıb, ikisi uduzub

Avropa çempionatı: Azərbaycanın üç cüdoçusu qələbə ilə başlayıb, ikisi uduzub Azərbaycanın yeniyetmə cüdoçuları Bolqarıstanda keçirilən Avropa çempionatının ikinci günündə mübarizəyə start veriblər.
Fərdi
28 İyun , 2024 13:23
Avropa çempionatı: Azərbaycanın üç cüdoçusu qələbə ilə başlayıb, ikisi uduzub

Azərbaycanın yeniyetmə cüdoçuları Bolqarıstanda keçirilən Avropa çempionatının ikinci günündə mübarizəyə start veriblər.

"Report"un Sofiyaya ezam olunan əməkdaşı xəbər verir ki, oğlanlardan Səlim Soltanov (66 kq) və Cəsur İbadlı (73 kq) ilk görüşlərini qələbə ilə başa vurublar.

Qızlardan Vüsalə Hacıyeva və Aysun Məmmədova (hər ikisi 52 kq) məğlub olublarsa, Aytən Verdiyeva (57 kq) birinci dueldə qalib gəlib.

Qeyd edək ki, Azərbaycan millisi fərdi yarışda 19 idmançı ilə təmsil olunur. Ötən gün 9 cüdoçudan ikisi medal qazanıb. Bahadır Feyzullayev qızıl, Məhəmmədəli Hüsiyev (hər ikisi 50 kq) bürünc mükafat əldə edib.

Son xəbərlər

Orphus sistemi