Avropa çempionatı: Azərbaycanın dörd cüdoçusu medal görüşünə çıxacaq - YENİLƏNİB

Avropa çempionatı: Azərbaycanın dörd cüdoçusu medal görüşünə çıxacaq - YENİLƏNİB Azərbaycanın dörd yeniyetmə cüdoçusu Bolqarıstanda keçirilən Avropa çempionatında medal görüşünə çıxacaq.
Fərdi
27 İyun , 2024 17:29
Avropa çempionatı: Azərbaycanın dörd cüdoçusu medal görüşünə çıxacaq - YENİLƏNİB

Azərbaycanın dörd yeniyetmə cüdoçusu Bolqarıstanda keçirilən Avropa çempionatında medal görüşünə çıxacaq.

"Report"un Sofiyaya ezam olunan əməkdaşının məlumatına görə, yarımfinalda komanda yoldaşı Məhəmmədəli Hüsiyevə qalib gələn Bahadur Feyzullayev (hər ikisi 55) qızıl mükafat uğrunda qüvvəsini sınayacaq.

Hüsiyev bürünc medal üçün mübarizə aparacaq.

Təsəlliverici görüşlərdə qalib gələn Nihad Rəhimov (60 kq) və Diana Eldarova (48 kq) da bürünc mükafat əldə etməyə çalışacaq. Leyla Ələkbərova (44 kq) isə təsəlliverici qarşılaşmada uduzub.

Nihad Məmişov (55 kq), Xədicə Abdullayeva (40 kq), Nərmin Məmmədli (44 kq), Nuranə Hacızadə (48 kq) əvvəlki raundlarda məğlub olublar.

Qeyd edək ki, yarış iyunun 30-da başa çatacaq.

17:02

Azərbaycanın üç yeniyetmə cüdoçusu Bolqarıstanda keçirilən Avropa çempionatında medal görüşünə çıxacaq.

"Report"un Sofiyaya ezam olunan əməkdaşının məlumatına görə, yarımfinalda komanda yoldaşı Məhəmmədəli Hüsiyevə qalib gələn Bahadur Feyzullayev (hər ikisi 55) qızıl mükafat uğrunda qüvvəsini sınayacaq.

Hüsiyev bürünc medal üçün mübarizə aparacaq.

Təsəlliverici görüşlərdə qalib gələn Nihad Rəhimov (60 kq) da bürünc mükafat əldə etməyə çalışacaq.

Diana Eldarova (48 kq) sonuncu təsəlliverici qarşılaşmaya vəsiqə qazanıb. Leyla Ələkbərova (44 kq) isə təsəlliverici görüşdə uduzub.

Nihad Məmişov (55 kq), Xədicə Abdullayeva (40 kq), Nərmin Məmmədli (44 kq), Nuranə Hacızadə (48 kq) əvvəlki raundlarda məğlub olublar.

Qeyd edək ki, yarış iyunun 30-da başa çatacaq.

Son xəbərlər

Orphus sistemi